EN

Azərbaycanın cüdo millusi qarışıq komanda yarışında mübarizəyə başlayır

Azərbaycanın qarışıq komandadan ibarət cüdo yığması Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, milli yarışın son günündə Gürcüstan seçməsi ilə qarşılaşacaq.

1/8 final mərhələsinin görüşü Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları turnirin fərdi yarışlarında 5 medal (1 gümüş, 4 bürünc) qazanıblar. Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc medalı aktivlərinə yazdırıblar.

Chosen
11
6
fanat.az

7Sources