EN

Cüdo millimiz Podqoritsada 5 medalla 10-cu oldu!

Cüdo üzrə Azərbaycan milli komandası Monteneqroda keçirilmiş Avropa çempionatında şəxsi yarışları 5 medalla 10-cu sırada başa vurub.

Arena.az xəbər verir ki, Monteneqronun paytaxtı Podqortisada keçirilən Avropa çempionatında şəxsi yarışlara yekun vurulub.

Azərbaycan yığması turniri 5 medalla başa vurub. Komandamızın heyətində ən yüksək əyarlı medala Zelim Kotsoyev sahib çıxıb. Paris-2024 Olimpiadasının qalibi yalnız finalda uduzaraq, “gümüş”lə kifayətlənib. O, həlledici görüşdə İlya Sulamanidzeyə (Gürcüstan) məğlub olub.

Milimizin daha 4 cüdoçusu bürünc medal qazanıb. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) fəxri kürsüdə yer almağı bacarıblar.

Bu nəticə ilə yığmamız Avropa çempionatını 10-cu pillədə başa vurub. Ən yaxşı nəticəyə isə IJF komandası imza atıb. Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən idmançılar 3 qızıl, 3 gümüş və 1 bürüncə sahib çıxıblar. Fransa (3-2-5) ikinci, Gürcüstan (2-2-0) isə üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün qitə çempionatında qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisi startda Gürcüstan yığma komandası ilə üz-üzə gələcək.

Chosen
10
3
arena.az

4Sources