Titanikdən sağ çıxan Arçibald Qreysin gəminin batmasından günlər əvvəl yazdığı məktub hərracda təxminən 400 min dollara satılıb.Metbuat.az xəbər verir ki, “Peyğəmbərlik” kimi qələmə verilən məktubda Qreysi Titanik haqqında belə yazıb: "Gözəl bir gəmi, amma mühakimə etməzdən əvvəl səyahətim bitənə qədər gözləyəcəm".Qeyd edək ki, Titanik 10 aprel 1912-ci ildə Sauthemptondan (İngiltərə) yola düşüb. Gəmi 15 aprel 1912-ci ildə aysberqə çırpıldıqdan sonra Şimali Atlantika sularında batıb. Qəza nəticəsində 1500-dən çox insan həyatını itirib. Bir neçə saat sonra hadisə yerinə gələn "Karpatiya" gəmisi 710 nəfəri xilas edib.