EN

Vankuverdə festival zamanı avtomobil izdihamın içinə çırpıldı

Bakı. Trend:

Kanadanın Vankuver şəhərində keçirilən küçə festivalındaavtomobilin izdihamın üzərinə çıxması nəticəsində bir neçə nəfərhəyatını itirib.

Trend xəbər verirki, bu barədə polisə istinadən CBC məlumat yayıb.

Hadisə nəticəsində bir neçə nəfər də xəsarət alıb. Sürücüsaxlanılıb, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalarabaşlayıb.

CBC-nin məlumatına görə, hadisə aprelin 26-da axşam saat 20:00radələrində, festivalın keçirildiyi Şərqi 41-ci prospekt və Freyzerküçəsi yaxınlığında baş verib.

Qeyd edək ki, festival Filippində hər il aprelin 27-də qeydolunan Lapu-Lapu Gününə həsr olunub. Bayram 1521-ci ildə Maktandöyüşündə yerli başçı Lapu-Lapunun ispan işğalçıları üzərindəqələbəsi şərəfinə elan edilib.

Chosen
10
az.trend.az

1Sources