EN

Tramp Süveyş kanalına da iddialıdır

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Amerika hərbi və ticarət gəmiləriPanama və Süveyş kanallarından pulsuz keçməlidir...

Musavat.com xəbər verir ki, AB. prezidenti bu fikrini özünə məxsus Truth sosial hesabından paylaşıb:

“Amerikanın həm hərbi, həm də ticarət gəmilərinə Panama və Süveyş kanallarından pulsuz keçməsinə icazə verilməlidir”.

Tramp fikrini kanalların tikintisində ABŞ-ın rolu ilə əsaslandırır: "Amerika Birləşmiş Ştatları olmasaydı, bu kanallar mövcud olmazdı. Mən dövlət katibi Marko Rubiodan bu məsələ ilə məşğul olmasını xahiş etmişəm".

Qeyd edək ki, dünya dəniz ticarətinin mühüm bir hissəsi bu iki kanaldan keçməklə reallaşdırılır.

Poliqon.info

Chosen
9
poliqon.info

1Sources