EN

İtaliyada məhbuslar üçün "görüş otağı" açılır

İtaliyada məhbuslar üçün qadınıarla görüş otağı açılıb.

Teleqraf xəbər verir ki, bu, məhkəmənin dəmir barmaqlıqlar arxasında olanların "intim görüşlər" hüququna malik olduğuna dair qərarından sonra mümkün olub.

Cümə günü mərkəzi Umbria bölgəsindəki Terni şəhərindəki həbsxanada məhbusun qadın dostunun kaçeraya girməsinə icazə verilib.

Umbrianın məhbusların hüquqları üzrə komissarı Cüzeppe Kaforio ANSA-ya deyib: "İlk təcrübə uğurlu alındı və yaxın bir neçə gün ərzində daha çox görüşlərin keçiriləcəyini söyləyə bilərik".

2024-cü ilin yanvarında məhkəmə məhbusların həbsxana nəzarətçilərinin nəzarəti olmadan həyat yoldaşları və ya partnyorları ilə intim görüşlər keçirmək hüququna malik olması barədə qərar çıxarıb.

Qərarda həmçinin qeyd olunur ki, cütlük iki saata qədər çarpayı və tualeti otaqdan istifadə edə bilərlər.

Fransa, Almaniya, İspaniya, Hollandiya və İsveç kimi əksər Avropa ölkələri artıq bu təcrübəyə əməl edirlər.

Chosen
11
teleqraf.com

1Sources