EN

Rus generalın qətlində şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin adı şəxs Türkiyədə saxlanılıb.Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“O, Moskvadan qaçdıqdan sonra İstanbulda saxlanılıb”, - deyə bildirilir.

Məlumata görə,Kuzinin Ukraynada yaşamaq icazəsi olub.

Aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.

Chosen
15
2
anews.az

5Sources