EN

Hakan Fidan Fələstinin yeni vitse-prezidenti ilə danışdı

BAKI, 27 aprel. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Fələstin dövlətinin vitse-prezidenti seçilən Hüseyn əl-Şeyxlə telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Danışıq zamanı Fidan Şeyxə yeni vəzifəsində uğurlar arzulayıb.

Qeyd edək ki, Prezident Mahmud Abbas Ramallahda keçirilməsi planlaşdırılan İcraiyyə Komitəsinin iclasında Hüseyn əl-Şeyxin vitse-prezident seçildiyini elan edəcək.

Fələstin Azadlıq Təşkilatı Mərkəzi Şurasının dünən keçirilən iclasında keçirilən səsvermə nəticəsində təşkilatın sədr müavini vəzifəsinin yaradılması barədə qərarı qəbul edilib. Onlayn iclasda iştirak edən 172 üzvdən 170-iHüseyn əl-Şeyxin lehinə səs verib.

Hüseyn əl-Şeyx bundan əvvəl Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin baş katibi vəzifəsində çalışıb.

Chosen
11
teleqraf.com

1Sources