EN

Bundesliqa: “Bayern” 3, “Bayer” 2 qolla sevindi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Lider “Bayern” doğma meydanda “Maynts”ı 3 cavabsız qolla məğlub edib. Liderin əsas izləyicisi, ötən mövsümün qalibi “Bayer” də “Auqsburq”la ev oyununda inamlı qələbəyə sevinib.

Səfərdə “Hoffenhaym”la qarşılaşmış Dortmund “Borussiya”sı turu çətin qələbə ilə başa başa vurub. Mönhenqladbax “Borussiya”sı isə “Holştayn”la məhsuldar səfər oyunundan xalsız ayrılıb. “Volfsburq” da evdə “Frayburq”a uduzub. “Ayntraxt” isə “Leypsiq”i 4 cavabsız qolla yenib.

31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
31-ci tur

25 aprel

Ştutqart – Haydenhaym 0:1
Qol: Honsak, 89.

26 aprel

Bayer – Auqsburq 2:0
Qollar: Şik, 13. Buendiya, 45+1.

Bayern – Maynts 3:0
Qollar: Sane, 27. Olise, 40. Dayer, 84.

Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Qollar: Hlojek, 61. Kaderabek, 90+1 – Girassi, 20. Brandt, 74. Anton, 90+5.

Holştayn – Borussiya (Mönhenqladbax) 4:3
Qollar: Maçino, 15; 90+1. Bernardsson, 23. Giqoviç, 76 – Çvançara, 60. Plea, 69. Honorat, 86.

Volfsburq – Frayburq 0:1
Qol: Rozenfelder, 49.

Ayntraxt – Leypsiq 4:0
Qollar: Knauf, 21; 53. Ekitike, 67. Kox, 71.

27 aprel

17:30. Boxum – Union Berlin
19:30. Verder – Sankt Pauli

Chosen
11
2
arena.az

3Sources