EN

Bakıda itkin düşən qızları evində gizlədən taksi sürücüsü saxlanıldı

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

Xatırladaq ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.


Telegram kanalımız
Chosen
10
9
yenisabah.az

10Sources