Türkiyə Super Liqasında XXXIII tur davam edir.
Aznews.azxəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.
Komanda "Qaziantep"in qonağı olub.
Matçda 4 qol vurulub. Oyunda hesabı meydan sahibləri açıb. Aleksandru Maksim fərqlənib.
Lakin İstanbul təmsilçisi ikinci yarıda üstünlüyü ələ alıb. 5 dəqiqəyə 3 top vuran "Fənərbaxça" Talişka, Edin Ceko və Fredin qolları ilə qələbə qazanıb.