EN

"Köklü bir komandaya qarşı oynadıq" - Azər Bağırov

style='margin-bottom:10px;'>

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 32-ci turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Köklü bir komandaya qarşı oynadıq. Məncə, yaxşı mübarizə apardıq. Qol epizodlarımız da oldu. Fərqlənmək üçün yenə ustalıq, incə məqamlar çatmır. Uşaqlardan razıyam. Azarkeşlərimizə dəstəyə görə minnətdaram. Rəqibi də təbrik edirəm".

Chosen
15
teleqraf.com

1Sources