EN

Türkiyə klubu borcunu ödədi, FIFA qadağanı götürdü

BAKI. 26 aprel. TELEQRAF

Türkiyənin "Eyüpspor" klubu FIFA tərəfindən cəzalanıb.

Teleqraf xəbər verir ki, Super Liqadakı debüt mövsümündə uğurlu çıxış edən və avrokuboklar uğrunda mübarizəsini davam etdirən İstanbul komandası transfer qadağası ilə üzləşib.

FIFA "Eyüpspor"a 23 aprel 2025-ci il tarixindən üç transfer dövründə heyətinə yeni futbolçu cəlb etməsini qadağan edib.

Klub isə açıqlama verərək bildirib ki, keçmiş futbolçusu Frensis Ezehə olan borc aprelin 25-də ödənilib və transfer qadağası götürülüb: "Bununla bağlı FIFA lazımi prosedurları aparacaq. Bütün idman ictimaiyyətinə bildirmək istərdik ki, müvafiq qadağanın götürüldüyünü FIFA-nın may bülletenində görmək olar".

Qeyd edək ki, "Eyüpspor"un baş məşqçisi ötənlərin məşhur futbolçusu Arda Turandır. Hazırda Türkiyə Super Liqasında 5-ci yerdə gedən komanda aprelin 27-də "Qalatasaray"ı qəbul edəcək.

Chosen
6
teleqraf.com

1Sources