"Köklü komandaya qarşı oynadıq".
Teleqraf xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının XXXII turunda evdə “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis futbolçularından razı qaldığını bildirib: "Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq, qol epizodlarımız var idi. Sadəcə olaraq qol üçün ustalıq və incə məqamlar çatmır. Futbolçularımdan razıyam. "Zirə"ni təbrik edirəm".