Məşhur italiyalı futbol mütəxəssisi Fabio Kapello həmyerlisi, “Real”ın baş məşqçisi Karlo Ançelottinin ünvanına səslənən tənqidlərə qarşılıq verib.
Arena.az Kapellonun müvafiq mövqeyini təqdim edir:
“Ançelotti ilə baş verənlər, onun “Real”la müvəffəq olduqlarına münasibətdə ədalətsizdir. Bu, hörmətsizlikdir. O, qazandığı qənimətlərə görə dünyanın ən yaxşı məşqçisidir”, deyə Kapello vurğulayb.
Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdan italiyalı məşqçi indiyədək “qaymaqlılar”ı çalışdırır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 346 oyuna çıxarıb, 248 qələbə, 48 heç-heçə, 50 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 831:339 nisbətindədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.
65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.
“Real” 32 oyundan 69 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.