Azərbaycan cüdoçusu Zelim Kotsoyev Avropa çempionatının finalında məğlub olub.
Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa çempionatı davam edir.
Operativ Media xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev növbəti uğura imza atıb. Kişilər arasında 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gümüş medal qazanıb.
Bu nəticə ilə Azərbaycan millisinin Avropa çempionatında qazandığı medalların sayı beşə yüksəlib.