EN

Hindistandan qayıdan rusiyalı turistdə VƏBA aşkarlandı

Moskva vilayətində vəba xəstəliyinə tutulmuş şəxslə eyni reyslə Hindistandan qayıdan Voronej vilayətinin sakinində vəba xəstəliyi aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, epidemiya əleyhinə tədbirlər davam etdirilir, xəstəliyin yayılma riski yoxdur:

"Voronej vilayətinin sakinində vəba xəstəliyi aşkarlanıb. Xəstə aprelin 21-də Hindistandan Moskvaya uçan təyyarə ilə gəlib. Bundan əvvəl Moskva vilayətinin eyni reyslə gələn sakinində vəbaya yoluxma faktı təsdiqlənib".

Bizim.Media

Chosen
15
bizim.media

1Sources