266-cı Roma Papası Fransiskin nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib.
Pontifikin mÉ™zarının necÉ™ görünÉ™cÉ™yinÉ™ dair fotoÅŸÉ™killÉ™r bir gün É™vvÉ™l yayılıb. MÉ™rmÉ™r lövhÉ™nin üzÉ™rindÉ™ latın dilindÉ™ "Fransisk" yazılıb. Â
Qeyd edək ki, Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik oldu. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısına təsadüf edir. Kilsə Romada, yeddi təpədən birində - Eskvilin təpəsində yerləşsə də, rəsmi olaraq Vatikanın hakimiyyəti altında hesab edilir.