EN

Rusiyada 45 PUA zərərsizləşdirildi

Dünən Rusiya ərazisində Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, PUA-lardan 27-si Kursk, 16-sı Belqorod, biri Rostov, biri isə Lipetsk vilayəti ərazisi üzərində vurulub.

 

Qeyd edək ki, son aylar Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə PUA-larla intensiv hücumlar təşkil etdiyi müşahidə olunur. Bu hücumlar əsasən sərhədə yaxın ərazilərdə yerləşən sənaye obyektləri, hərbi infrastruktur və enerji obyektlərini hədəf alır.

 

Chosen
4
2
sfera.az

3Sources