Bakı. Trend:
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda əmlak sığortasıüzrə sığorta şirkətlərinin yığımları 52,7 milyon manat təşkiledib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 307 min manat və ya 0,6% çoxdur.
Eyni zamanda, hesabat dövründə əmlak sığortası üzrə ödənişlərinhəcmi 8,5 milyon manat olub. Bu isə 2024-cü ilin yanvar-martaylarındakı göstərici ilə müqayisədə 1,2 milyon manat və ya 16,4%artıqdır.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda əmlaksığortası üzrə sığorta şirkətlərinin yığımları 52,4 milyon manat,ödənişləri isə 7,3 milyon manat idi.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqıtoplayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya26 milyon manat çoxdur.
Yanvar-mart aylarında sığorta şirkətləri 164 milyon manat ödənişedib ki, bu da, illik müqayisədə 10,7 milyon manat, yaxud da 7%çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda fəaliyyətgöstərən sığorta şirkətləri tərəfindən 373,1 milyon manat sığortahaqqı toplanıb, 153,3 milyon manat sığorta ödənişi edilib.
Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1manat sığorta ödənişi edilib.