EN

Ağ Ev Tramp-Zelenski danışıqlarını “olduqca məhsuldar” adlandırdı

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Vatikanda baş tutan danışıqları şərh edib.

Oxu.Az-ın “Associated Press” agentliyinə istinadən xəbərinə görə, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq məlumat verib.

O, Vatikanda Papa Fransisklə vida mərasimindən əvvəl Tramp və Zelenski arasındakı qısa söhbəti “olduqca məhsuldar” adlandırıb.

“Görüşlə bağlı ətraflı məlumat daha sonra dərc olunacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, İtaliya KİV əvvəl liderlərin qarşı-qarşıya oturaraq qısa görüş keçirdiklərini yazıb. Daha sonra onlara Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer də qoşulublar.

Aprelin 26-da Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutub.

Oxu.Az”Sky News”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Ofisindən məlumat verilib.

Tramp və Zelenski Vatikanda Papa Fransiskin dəfn mərasimindən sonra əlavə danışıqlar aparmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, iki ölkə lideri uzun sürən xəstəlikdən sonra aprelin 21-də 88 yaşında vəfat edən Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya gəliblər.

Həmçinin bildirilir ki, Donald Trampın Volodimir Zelenski ilə görüşdən əlavə, İtaliyanın Baş naziri Corciya Meloni ilə də danışıqları planlaşdırılır.

 

Chosen
25
50
editor.az

10Sources