BAKI, 26 aprel. TELEQRAF
Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm.
Teleqraf xəbər verir ki, bunu Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
"Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır. Əlbəttə, biz Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq istəyirik. Prezident Si Cinpin məni Zirvə toplantısına dəvət edib və bir neçə aydan sonra mən yenidən Çinə səfər edəcəyəm".