EN

AÇ: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında tatamiyə çıxacaq.

Podqoritsada (Monteneqro) cüdo üzrə Avropa çempionatı davam edir.

Operativ Media xəbər verir ki, AÇ-nin dördüncü günündə 2024-cü ilin Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) da daxil olmaqla daha üç Azərbaycan idmançısı tatami üzərinə çıxacaq.

Zelim Kotsoev (100 kq), Uşanqi Kokauri (110 kq), Nigar Süleymanova (78 kq) mübarizəyə qoşulacaq.

Hazırda Azərbaycanın aktivində Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tskayev (81 kq) və Murad Fətiyev (90 kq) qazandıqları dörd bürünc medal var.

Chosen
13
operativmedia.az

1Sources