EN

100-dən çox estetik əməliyyat etdirən qadın: “Dayanmağı düşünmürəm”

Çinin paytaxtı Pekində yaşayan Abby Vu 100-dən çox estetik prosedurdan keçib.

News24.az xəbər verir ki, cəmi 35 yaşında olan xanım bu əməliyyatlara yarım milyon dollardan çox pul xərcləyib.

O, hazırda Pekindəki gözəllik klinikalarından birinin ortağıdır və ölkədə estetik cərrahiyaya artan marağın ən tanınmış simalarından biri hesab olunur.

Dəfələrlə çənə sümüklərinin kiçildilməsi və üzün formalaşdırılması üçün aparılan müdaxilələrdən sonra bədənində izlər və dəri elastikliyində azalma olsa da, Abby BBC-yə açıqlamasında əməliyyatlardan peşman olmadığını bildirir.

Onun sözlərinə görə, bu dəyişikliklər ona daha çox özünəinam və xoşbəxtlik qazandırıb.

Altı ildir əməliyyat etdirməyən Abby indi yenidən burun əməliyyatı barədə düşünür. “Daha gözəl olma yolunda dayanmağı düşünmürəm”.

\\Modern.az

Chosen
5
1
news24.az

2Sources