AzVision.az xəbər verir ki, ikigünlük konfransda tələbələr müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər.
Tədbir COP29-un əsas mövzuları və məqsədləri haqqında maarifləndirmək, gənclərin iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etmək məqsədi daşıyır.