EN

ABL: Yarımfinal mərhələsi başlayır

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunları start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Sabah” klubu “Şəki” ilə üz-üzə gələcək. Görüş Bakı İdman Sarayında təşkil olunacaq və saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.

Chosen
7
fanat.az

1Sources