EN

Vatikanda Roma papası ilə vida mərasimi başlayıb

Bakı. Trend:

Vatikanda mərhum Roma papası Fransisklə vida mərasimi keçirilir.Müqəddəs Pyotr Bazilikasında keçirilən mərasimə onlarla ölkəninliderləri, o cümlədən, ABŞ prezidenti Donald Tramp qatılır.

Trend xəbər verirki, bu haqda BBC məlumat yayıb.

Ağ Ev rəhbəri bazilikada qoyulmuş qapalı tabutun qarşısındapontifikin xatirəsini andıqdan sonra, digər dünya liderlərinəqoşulub.

Qeyd edək ki, Müqəddəs Pyotr Bazilikasında vidalaşmanın başaçatmasından sonra pontifikin tabutu bazilikanın qarşısındakımeydana gətiriləcək və beləcə dəfn mərasimi başlayacaq. MərasiməKardinallar Kollecinin dekanı, Kardinal Covanni Battista Rerəhbərlik edəcək.

Təxminən saat 14:30-14:45-də (Bakı vaxtı ilə) dəfn mərasimi başaçatacaq.

Məqalədə:
Chosen
59
az.trend.az

1Sources