EN

Ukraynada hərbi zavodda yanğın baş verib - VİDEO

Bu gün Kiyev yaxınlığında güclü yanğın baş verib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, yanğın Ukraynanın hərbi sənaye kompleksinin müəssisələrindən biri olan “Burevestnik” zavodunda baş verib.

Yanğın Kiyevin cənub-şərqindəki Osokorka rayonunda qeydə alınıb. Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilib.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil. Hazırda ekspertlər tərəfindən araşdırma aparılır.

Chosen
18
cebheinfo.az

1Sources