EN

Messiyə məsləhət: “Karyeranı bitir”

“Lionel Messiyə karyerasını bitirməyi məsləhət görürəm. O, artıq futbol üçün çox şey edib”.

Msport.az xəbər verir ki, bunu “Çelsi” və “Qalatasaray”nin sabiq hücumçusu Didye Droqba “Qızıl top”un 8 qat sahibi haqqında danışarkən deyib.

Kot d’ivuarlı keçmiş futbolçu Messiyə karyerasını bitirməyi məsləhət görərək fikirlərini belə tamamlayıb: “Son dünya çempionatındakı qələbəsi onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur!”

Qeyd edək ki, Droqba “Çelsi”də Messi isə “Barselona”da çıxış edərkən onlar 8 dəfə rəqib olublar. Bu oyunlardan 2-də London klubu qalib gəlib və yalnız 1-də məğlub olub.

Chosen
7
1
msport.az

2Sources