EN

İranın Azərbaycanla ticarət, tranzit və regional əməkdaşlığı potensialları təkmilləşdirə bilər

Bakı. Trend:

İran və Azərbaycan arasında ticarət, tranzit, enerji və regionaləməkdaşlıq iki ölkənin potensiallarını təkmilləşdirə bilər.

Trend-inməlumatına görə, bunu İranın Ticarət, Sənaye, Mədənlər və KəndTəsərrüfatı Palatasının sədr müavini və İran-Azərbaycan BirgəTicarət Palatasının iranlı həmsədri Hüseyn Pirmoəzzen palatanıninformasiya portalında yazdığı məqalədə qeyd edib.

Onun sözlərinə görə, İran prezidenti Məsud PezeşkianınAzərbaycana səfəri diplomatik görüşlərdən əlavə, iki ölkəninmüxtəlif sahələrdə potensiallarından faydalanmaq üçün əvəzolunmazimkanlar yaradacaq.

Pirmoəzzen qeyd edib ki, İran prezidentinin Azərbaycanasəfərinin əhəmiyyətini bir neçə nüansla qeyd etmək olar.

"İki ölkə arasında coğrafi, mədəni və iqtisadi müştərəklikregional ticarət əməkdaşlığında uğurlu örnək yarada bilər.Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dəmiryolu,quru yol və dəniz yolu layihələrində əməkdaşlıq İran üçün stratejiəhəmiyyət kəsb edir. İran prezidentinin Azərbaycana səfəribeynəlxalq tranzitdə önəmli rola sahib ola bilər”, - deyə o qeydedib.

İranlı palata rəsmisi əlavə edib ki, hazırda iqtisadiyyatinvestisiyanın cəlb olunması, təhlükəsizlik şəraitinin yaradılmasıvə özəl sektor əməkdaşlığının inkişaf etdirilməsinə əsaslanır.

"Birgə şirkətlərin yaradılması, enerji, kənd təsərrüfatı,texnologiya sahələrində qarşılıqlı investisiya, birgə sənayeparkının yaradılması iki ölkənin iqtisadiyyat sahəsində qarşılıqlıəlaqələrini yeni mərhələyə daxil edə bilər.

İran və Azərbaycanın neft, qaz və bərpa oluna bilən enerjisahəsində dəyərli təcrübələrini nəzərə aldıqda qaz svopu, sərhədelektrik stansiyalarının tikilməsi, elektrik mübadiləsi, enerjinəqli üzrə infrastrukturların inkişaf etdirilməsi uzunmüddətliəlaqələrdə etibarlı əsas ola bilər.

Azərbaycanla iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələr CənubiQafqazın digər ölkələri və Mərkəzi Asiya ölkələri ilə İranınmünasibətlərini inkişaf etdirməsi üçün örnək ola bilər. Belə birstrategiya sanksiyalar qarşısında təsirləri azaldaraq, iqtisadişəriklərin artması və ticarət monopoliyasının azalması ilənəticələnəcək.

Ümumilikdə İran prezidentinin Azərbaycana səfəri regionaliqtisadi münasibətlərdə yeni nizamın başlanğıcı ola bilər. Busəfərdə əldə olunacaq razılaşmaların diqqət mərkəzində saxlanması,özəl sektorun imkanlarından faydalanmaq prioritet olacaq”, -deyə obildirib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 28 apreldəAzərbaycana səfər edəcək.

Chosen
15
az.trend.az

1Sources