"Qurumdan bildiriblər ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək”.
Maraqlıdır, bu layihə necə adlanır və onun icrasına nə zamandan başlanılacaq? Yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi paytaxtdakı problemli ərazilərə tətbiq ediləcək, yoxsa bütün paytaxtda həyata keçiriləcək? Bəs bütün bu işlərə nə qədər vəsait lazım olacaq?
Bu suallara cavab almaq üçün olaraq Bakı şəhəri İcra Hakimiyyətinin mətbuat xidmətinə müraciət etdik.
Qurumun mətbuat katibi Mətin Hüseynov Bizim.Media-ya bildirib ki, sözügedən layihə haqda məlumat verə bilməyəcəklər:
“Yaxşı sualdır. Amma bunun cavabı bizdə deyil. Bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsindən soruşun. Bu, bizim birgə layihəmiz deyil. Bizdə yalnız o məlumat var ki, onlar belə bir layihə hazırlayırlar. Detallar haqda sualları onlara ünvanlayın”.
Eyni sualı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti İdarəsinin mətbuat xidmətinə də ünvanladıq. Məlum oldu ki, onlar da Eldar müəllimin hansı layihədən bəhs etdiyini bilmirlər.
Qurum sözçüsü Ceyhun Musaoğlunun açıqlamasını olduğu kimi təqdim edirik:
“Hansı layihədən söhbət gedir, mən bilmirəm. Bizdə Eldar Əzizovun dediyi layihə ilə bağlı məlumat yoxdur. Mən bu haqda soruşmuşam, amma dəqiqləşdirə bilməmişəm. İndi gedib layihə institutuna desəm, soruşacaqlar ki, layihənin adı nədir? Müəllifi kimdir? Söhbət hansı layihədən gedir? Çünki burda min cür layihə var. Mən bilmirəm, konkret hansı layihədən danışılır.
Əgər söhbət Milli Strategiya Layihəsindən gedirsə, bəli, orda hər şey var. O layihə yalnız Bakını deyil, bütün respublikanı əhatə edir və su təchizatını yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Amma Eldar müəllimin dediyi hansıdır, biz bilmirik. Yaxşı olar ki, siz zəng edin, onlardan soruşun ki, Eldar müəllimin dediyi layihə hansıdır?”.
Belə...
4Sources
-
referans.azEldar Əzizovun layihəsindən DÖVLƏT QURUMLARI XƏBƏRSİZDİR — RƏSMİ ( 16794221)
-
demokrat.azEldar Əzizovun yağış suları ilə bağlı layihəsindən BŞİH-in və ADSEA-nın xəbəri yoxdur — RƏSMİ ( 16792527)
-
bizim.mediaEldar Əzizovun yağış suları ilə bağlı layihəsindən BŞİH-nin və ADSEA-nın xəbəri yoxdur – RƏSMİ ( 16793221)
-
bizim.mediaEldar Əzizovun yağış suları ilə bağlı layihəsindən BŞİH-in və ADSEA-nın xəbəri yoxdur – RƏSMİ ( 16791895)