Misli Premyer Liqasında 32-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün turun daha bir oyunu keçiriləcək. “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Gəncə klubu hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb. “Qartallar” isə 61 xalla turnir cədvəlində ikincidir.
26 aprel
19:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu