EN

Şamaxıda qəzaya düşən məktəblilərin SON DURUMU

Xəbər verildiyi kimi ötən gün Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan , 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya aparılıb.

Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

Şamaxıda baş verən qəza ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 25.04.2025-ci il tarixində saat 23:00 radələrində 6 nəfər (1 qadın cinsli, 5 kişi cinsli) Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Şamaxıda şagirdləri daşıyan mikroavtobus AŞDI- 7 məktəbli xəstəxanalıq oldu


Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.

Bizim.Media, Aran bürosu

Chosen
7
bizim.media

1Sources