EN

Dünya liderləri Vatikana toplaşır

Bakı. Trend:

88 yaşında dünyasını dəyişmiş Roma Papası Fransiskin dəfnmərasimində iştirak etmək üçün dünyanın onlarla lideri və minlərləxristian zəvvar Vatikana toplaşıb.

Trend bu barədəBBC-yə istinadən xəbər verir.

Pontifiklə vida mərasimi yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə12.00) Müqəddəs Pyotr Bazilikasının qarşısında keçiriləcək.

Vatikanın bildirdiyinə görə, son üç gündə mərhum pontifikinölümü ilə əlaqədar şəhərə 250 mindən çox insan gəlib.

Bundan əlavə, növbəti Papanın seçilməsi üçün konklav prosesinədə hazırlıqların başlanıldığı bildirilir.

Chosen
33
az.trend.az

1Sources