EN

ABŞ Yəmənə silsilə zərbələr endirib

Bakı. Trend:

ABŞ ordusu "Ənsar Allah" üsyançı hərəkatının husilərinnəzarətində olan Yəmən ərazilərinə silsilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "Al Masirah" televiziyakanalı xəbər verib.

Məlumata əsasən, zərbələr nəticəsində Səada vilayətində birnəfər ölüb.

Bildirilib ki, ABŞ Yəmənin paytaxtı Səna, eləcə də Saada,Əl-Mahvit və Əl-Hodeyda əyalətlərinə hücum edib. SəudiyyəƏrəbistanının “Al Hadath” televiziya kanalının məlumatına əsasən,zərbələr husilərin hərbi obyektlərini, o cümlədən silah anbarlarıvə şəxsi heyətin yerləşdirmə məntəqələrini hədəf alıb.

Chosen
25
az.trend.az

1Sources