EN

Şamaxıda mikroavtobus qəzaya uğrayıb, məktəblilər xəsarət alıb

Dünən gecə saatlarında Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq qəzaya uğrayıb.

APA-nın məlumatına görə, mikroavtobusda olan sərnişinlərdən 7 nəfər xəstəxanaya müraciət edib. Onlardan ikisinin sınıq, digərlərinin isə yüngül bədən xəsarətləri – əsasən sıyrıqlar aldığı bildirilib.

Xəsarət alanlar Ağsu rayonunun Padarqışlaq kənd məktəbinin şagirdləridir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

Chosen
31
1
apa.az

2Sources