EN

Tramp general-leytenantın ölümü ilə bağlı araşdırma aparacaq

BAKI, 26 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli zabiti, general-leytenant Yaroslav Moskalikin ölümü ağır hadisədir.

Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərlə söhbətində deyib.

D.Tramp məsələ ilə bağlı araşdırma aparacağını vurğulayıb.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək vəzifəli zabiti, general-leytenant Yaroslav Moskalik Moskva vilayətinin Balaxna şəhərində terror aktı nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Hadisə 25 apreldə, yerli vaxtla 10:40-da baş verib. Səki ilə hərəkət edən Moskalik partlayıcı dolu olan maşının yanından keçərkən qurğu işə düşüb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Chosen
30
11
teleqraf.com

9Sources