“Heç bir hərbi münaqişə sonsuza qədər davam edə bilməz”
“ATƏT-in mövcud platformalarına gələcəkdə daha çox ehtiyac olacaq. Xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi artıq keçmişdə qaldığı üçün təşkilat bundan sonra bərpa və quruculuq proseslərində iştirak edə bilər. Bu mövzu ətrafında bu gün geniş fikir mübadiləsi aparılıb”.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 25-də ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.