"Apple" "iPhone" istifadəçilərinə təhlükəsizliklə bağlı ciddi xəbərdarlıq edib və şəxsi məlumatların, o cümlədən bank məlumatlarının ələ keçə biləcəyini bildirib.
Publika.az Milli.Az-a istinadla xəbər verir ki, şirkət təxminən iki milyard istifadəçini əhatə edən xəbərdarlıqda rəqib texnologiya nəhəngini ad çəkmədən hədəf alıb və bəzi tətbiqlərin dərhal silinməsini tövsiyə edib.
"Apple"ın paylaşdığı videoda rəqibin adı çəkilməsə də, bəzi iddialara görə bu xəbərdarlıq "Google"un "Chrome" brauzerinə işarə edir. "Chrome"un istifadəçilərin internet fəaliyyəti üzərində izləmə aparması bu iddiaları gücləndirib.