EN

“Ürəyimə damıb ki, dünyadan tez gedəcəm”

Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, “Gün ortası” verilişində qonaq olan sənətçi kövrəlib.

“Mən yaşca böyük olduğum üçün şou-biznesdə olanlara deyirəm ki, həyat müvəqqətidir, hamımız bu dünyadan gedəcəyik. Özü də tez bir zamanda... Əvvəlki dövr deyil ki, 90-100 yaşına qədər yaşayasan.

Öz adımdan danışıram, özüm də hiss edirəm. Bizim nəsildə 70-dən çox yaşayan olmayıb. Anam, atam və bacım tez dünyasını dəyişib. Ona görə beynimdə bu var. İçimdə hiss var ki, o vaxta nə qalıb... Bəlkə də 100 yaşayacayam”, - deyə, Manaf bildirib.

Sara, Bizim.Media

Chosen
124
50
bizim.media

10Sources