EN

İkinci Liqa: 24-cü turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 24-cü turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

24-cü tura mayın 4-də start veriləcək. Turun qalan görüşləri ayın 6-da və 7-də keçiriləcək.

İkinci Liqa
24-cü tur

4 may

“Şəfa” – “Şahdağ Qusar”
Bakı. “ASK Arena”, 16:00.

6 may

“Qusar” – “Ağdaş”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Şəmkir” – “Füzuli”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

7 may

“Araz Saatlı” – “Lerik”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

“Şimal” – “Şəki Siti”
Siyəzən şəhər stadionu, 17:00.

“Kür-Araz” – “Hypers Guba”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 17:00.

“Dinamo” – “Göygöl”
Binə qəsəbə stadionu, 17:00.

Chosen
26
2
arena.az

10Sources