Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Modern.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Xatırladaq ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov iki gün öncə Bakını leysanlardan qorumaq üçün tunelləri bağlayacağını anons edib. Şəhər növbəti fəlakətdən necə çıxacaq?