EN

Filippin sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində, İndoneziyanın Şimali Sulavesi əyalətindəki Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Mindanaonun cənubundakı Pondaquitan sahillərindən 269 kilometr aralıda, Talaud adaları yaxınlığında yerləşib.

Təxminən 117 kilometr dərinlikdə qeydə alınan 6,2 bal gücündə zəlzələdə hələlik can və ya əmlak itkisi qeydə alınmayıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Chosen
67
50
operativmm.az

10Sources