EN

Ukraynanın NATO-ya üzv olmasından söhbət gedə bilməz -

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevin NATO-ya üzvlüyü ilə bağlı açıqlama verib. Metbuat.az xəbər verir ki, o, “Fox News” televiziyasına Ukraynada mümkün sülh və ölkənin NATO prosesi haqqında danışıb. Trampın nümayəndəsi bildirib ki, Kiyevin NATO-ya daxil olmasından söhbət gedə bilməz. Kelloqun sözlərinə görə, Vaşinqton administrasiyası Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəslə bağlı müxtəlif danışıqlar aparır. Kelloq qeyd edib ki, ABŞ-nin qlobal miqyasda iştirak etməli olduğu bir çox məsələ var və ona görə də Rusiya-Ukrayna müharibəsi həll edilməlidir.

Sülh prosesinin şərtlərinin Rusiya və Ukrayna tərəflərinə təqdim ediləcəyi "ilkin protokol" razılaşmasında vasitəçilik edəcəklərinə diqqət çəkən Kelloq, Ukraynanın NATO-ya üzv olmasının müzakirə edilmədiyini ifadə edib.

Chosen
40
39
metbuat.az

10Sources