EN

“Müxalifət hakimiyyəti ələ almaq istəmir, çünki…” – Simonyandan ŞOK ÇIXIŞ

“Ermənistanda müxalifət hakimiyyəti ələ almaq istəmir və buna sübutlar kifayət qədərdir”.

Editor.az  Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan danışıb.

“Məsələn, əgər siz doğrudan da hakimiyyətə gəlmək istəyirdinizsə, o zaman niyə Vazgen Manukyanı gətirdiniz? Bu, nəyə lazım idi? Siz deyirsiniz ki, biz kreslolarımıza yapışmışıq. Əgər o kreslolar bu qədər yaxşı idisə, bəs niyə 2020-ci ilin sonunda onları götürməkdən çəkinirsiniz?

Niyə Vazgen Manukyanı gətirdiniz? Çünki siz hakimiyyətə gəlmək istəmirdiniz. 2020-ci ildən sonra hakimiyyət sözün əsl mənasında küçədə qalmışdı. Siz onu götürmədiniz. Çünki sizə lazım deyildi. Məhz bu səbəbdən Kanada vətəndaşını (işarə etdiyi şəxs – red.) dəvət etdiniz. Bu yolla siz hakimiyyətdən imtina etməyə çalışırdınız”, – deyə Simonyan vurğulayıb.

Onun sözlərinə görə, müxalifət bu cür addımlarla məsuliyyətdən yayınmağa çalışıb, çünki yaranmış vəziyyətdən necə çıxmaq lazım olduğunu bilmir.

Chosen
10
3
editor.az

4Sources