EN

Bu məhsul marketlərdən yığışdırılır - Təhlükəli bakteriya aşkarlanıb

Almaniyada yerləşən "Paul Daut GmbH & Co. KG" şirkəti "Penny" marketlərində satılan "Penny Ready ədviyyatlı və qızardılmış toyuq filesi" məhsulunu geri çağırıb.

ÖlkÉ™.az milli.az-a istinadla xÉ™bÉ™r verir ki, qÉ™rar yoxlama zamanı bu mÉ™hsulda tÉ™hlükÉ™li Listeria bakteriyası aÅŸkarlanandan sonra verilib. Geri çağırılan mÉ™hsullar 250 qramlıq qablaÅŸdırmadadır vÉ™ üzÉ™rindÉ™ 18-21 aprel 2025 tarixi yazılmış partiyaları É™hatÉ™ edir. DigÉ™r tarixlÉ™r bu qÉ™rara daxil deyil.

Şirkət bildirib ki, bu məhsulu alanlar qəbz göstərmədən onu mağazaya qaytarıb pullarını geri ala bilərlər.

Listeria nədir?

Listeria bakteriyası orqanizmə düşəndə ürəkbulanma, qusma və ishala səbəb ola bilər. Bəzən isə yoluxma bir neçə həftə sonra özünü qripə oxşar əlamətlərlə göstərir. Bu infeksiya xüsusilə yaşlılar, uşaqlar, hamilə qadınlar və immun sistemi zəif olanlar üçün təhlükəlidir.

Xəstəlik bəzi hallarda ciddi fəsadlara - qan zəhərlənməsi və meningitə səbəb ola bilər. Hamilə qadınlarda isə bu infeksiya dölün itirilməsinə və ya erkən doğuşa gətirib çıxara bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məhsulu alanlar onu yeməməli, dərhal mağazaya qaytarmalıdır.

Chosen
12
7
olke.az

8Sources