EN

Hakimləri təhqir etdi, klubu 400 manat cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, qurumun iclasında aşağıdakı qərarlar qəbul edilib:

II Liqa XXI tur

15.04.2025-ci il tarixində II Liqada XXI turun “Göygöl” – “Şahdağ Qusar” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” klubu 100 manat cərimə edilsin (maddə 72.4);

15.04.2025-ci il tarixində II Liqada XXI turun “Hypers Guba” – “Şəfa” oyununun 76-cı dəqiqəsində “Hypers Guba” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

15.04.2025-ci il tarixində II Liqada XXI turun “Lerik” – “Dinamo” oyunu “Dinamo” komandasının paltardəyişmə otağını gec tərk etməsi səbəbindən gec başladığı üçün “Dinamo” klubu 150 manat cərimə edilsin (maddə 60.4);

16.04.2025-ci il tarixində II Liqada XXI turun “Füzuli” – “Ağdaş” oyununda “Ağdaş” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 37);

16.04.2025-ci il tarixində II Liqada XXI turun “Füzuli” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun baş məşqçisi Ruslan Hüseynov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalansın, Ağdaş klubu 400 manat cərimə edilsin (maddə 43.4);

16.04.2025-ci il tarixində II Liqada XXI turun “Füzuli” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” klubunun futbolçuları tərəfindən stadionun paltardəyişmə otağına dəymiş zərər Ağdaş” komandası tərəfindən ödənilsin (maddə 54);

16.04.2025-ci il tarixində II Liqada XXI turun “Şəmkir” – “Kür-Araz” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 37).

Chosen
116
2
futbolpress.az

8Sources