EN

Duda: Polşa Fransanın nüvə silahı ilə Rusiyadan müdafiə olunmalıdır...

Polşa Fransanın “nüvə çətirindən” istifadə edərək ehtimal edilən Rusiya təhlükəsindən qorunmağa çalışmalıdır...

Poliqon xəbər verir ki, bunu Bloomberg Agentliyinə müsahibəsində Polşa prezidenti Anjey Duda deyib. Polşa prezidenti qeyd edib ki, Varşava Amerikanın nüvə silahlarına çıxış üçün cəhdlərini davam etdirəcək.

“Düşünürəm ki, biz hər iki tərəfin “nüvə çətirini” qəbul edə bilərik”, deyə Duda vurğulayıb və əlavə edib ki, bunda heç bir ziddiyyət yoxdur.

Bloomberg qeyd edir ki, baş nazir Donald Tusk mart ayında parlamentdə Polşanın nüvə silahına çıxış əldə etməyə çalışa biləcəyini söyləyib və Fransa prezidenti Emmanuel Makronun Parisin nüvə potensialından avropalı müttəfiqlərini müdafiə etmək üçün istifadə etmək təklifi ilə bağlı “ciddi danışıqlar” apardığını bildirib.

Xatırladaq ki, mart ayında Duda ABŞ-ni Polşada nüvə silahı yerləşdirməyə çağırıb və o, məsələni ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla müzakirə edib.

Poliqon.info

Chosen
53
7
poliqon.info

9Sources