ABŞ Prezidenti Donald Tramp Rusiyadan Ukrayna ilə mümkün atəşkəslə bağlı bu həftənin əvvəlində cavab alacağını gözləyir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə jurnalistlərə bildirib.
“Görək nə olacaq. Bu həftə onlardan cavab alacağıq. Bu, çox tez olacaq”, - ABŞ lideri qeyd edib.
O, atəşkəsin yaxınlaşdığına əminliyini ifadə edib: “Düşünürəm ki, biz atəşkəsə yaxınlaşırıq, bu barədə sizə xəbər edəcəyik”.