EN

Gürcüstanın ədliyyə naziri Ermənistan səfiri ilə iki ölkənin departamentləri arasında əməkdaşlığı müzakirə edib » AzadMedia.az


Gürcüstanın ədliyyə naziri Paata Saliya Ermənistanın Gürcüstandakı səfiri Aşot Smbatyanla görüşüb. Bu barədə Gürcüstanın Birinci Kanalı xəbər verir.

Nazirlikdən bildirilib ki, tərəflər ədliyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gürcüstan-Ermənistan hüquq forumunun iki ölkənin hüquq sektorunun nümayəndələri arasında təcrübə mübadiləsinin aparılması üçün əhəmiyyəti vurğulanıb.

“Görüşdə Gürcüstan və Ermənistan Ədliyyə nazirlikləri arasında gələcək əməkdaşlıq sahələri də müzakirə olunub”.

Paata Saliya həmçinin Aşot Smbatyana Gürcüstan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərini və prioritetlərini təqdim edib. "Nazir erməni həmkarını Tbilisidə qəbul etməyə hazır olduğunu bildirib", - Gürcüstan Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Chosen
36
37
azadmedia.az

10Sources